Ru
12:45 / 17 Dekabr 2025

Şaxta olacaq – Sabahın havası

Şaxta olacaq – Sabahın havası
Eye

Dekabrın 18-də gözlənilən hava şəraiti açıqlanıb.

Bakupost.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3-6° isti, gündüz 7-11° isti olacaq. Atmosfer təzyiqi 774 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 60-65% olacaq.

Azərbaycanın rayonlarında hava şəıraiti əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə az yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 7-10° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq. Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlaması ehtimalı var


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar