“Başımıza gələn bədbəxtçiliklərin çoxu qorxaqlığımızdan gəlir”.
Bakupost.az xəbər verir ki, hüquqşünas Aslan İsmayılov bunu sosial şəbəkədəki paylaşımında bildirib.
O, bildirib ki, illər boyu yüzlərlə var-dövlət sahibi onun yanına gəlib Ramiz Mehdiyev və ətrafının onların əmlaklarının əllərindən almalarını danışıblar:
“Hansına dedimsə ki, gəlin hüquq-mühafizə orqanlarına rəsmi müraciət edək. Hamısı da “Aslan müəllim, hüquq mühafizə orqanları elə Ramizin özüdür” dedilər.
Mənə maraqlıdır, heç olmasa indi onlar hüquq-mühafizə orqanlarına müraciət edirlərmi?”.