Ru
14:43 / 17 Dekabr 2025

ABŞ Putinə təzyiqləri artırır – Yeni sanksiyalar hazırlanır

ABŞ Putinə təzyiqləri artırır – Yeni sanksiyalar hazırlanır
Eye

ABŞ administrasiyası Rusiya Prezidenti Vladimir Putinin Ukrayna ilə mümkün sülh razılaşmasını rədd etməsi halında Moskvaya qarşı tətbiq ediləcək yeni və sərt sanksiyalar paketi üzərində işləyir.

Bakupost.az “Bloomberg News”a istinadən xəbər verir ki, yeni sanksiyalar əsasən, Rusiya iqtisadiyyatının kritik sahələrini, xüsusilə enerji sektoru, maliyyə və ixrac kanallarını hədəf alacaq.

Mənbələrin bildirdiyinə görə, Vaşinqton bu addımı təzyiq mexanizmi kimi nəzərdə tutur və sanksiyalar avtomatik xarakter daşımayacaq – yalnız Moskva sülh danışıqlarından açıq şəkildə imtina edərsə, qüvvəyə minəcək.

ABŞ administrasiyasında hesab edirlər ki, yeni paket mövcud məhdudiyyətlərdən daha geniş olacaq və Rusiyanın neft-qaz gəlirlərinin azaldılmasına, eləcə də üçüncü ölkələr vasitəsilə sanksiyalardan yayınma imkanlarının aradan qaldırılmasına yönələcək.

“Reuters” isə qeyd edir ki, məsələ ilə bağlı Ağ Ev və Dövlət Departamenti rəsmi şərh verməyib. Lakin mənbələr bildirir ki, hazırlıq işləri artıq aparılır və sanksiyalar müttəfiqlərlə müzakirə olunur.

Qeyd olunur ki, Vaşinqtonun bu addımı Ukraynadakı müharibənin gedişində diplomatik həll üçün təzyiqi artırmaq məqsədi daşıyır. ABŞ Rusiyanın danışıqlara real şəkildə hazır olub-olmadığını yaxın müddətdə qiymətləndirəcək.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar