Ru
17:50 / 17 Dekabr 2025

Fransada dövlət “çevrilişi” - Həmkarı həyacanla Makrona zəng etdi – VİDEO

Fransada dövlət “çevrilişi” -  Həmkarı həyacanla Makrona zəng etdi – VİDEO
Eye

Fransada süni intellektlə hazırlanan və sosial mediada yayılan “çevriliş” videosu böyük çaşqınlıq yaradıb.

Bakupost.az “Le-Monde”yə istinadən xəbər verir ki, videoda Fransada çevriliş baş verdiyi və hakimiyyətin bir polkovnik tərəfindən ələ keçirildiyi iddia olunur.

“Live 24” adlı videoda müxbir “hazırda qeyri-rəsmi xəbərlər Fransada çevriliş baş verdiyini göstərir” sözlərini deyir.

Sosial medialarda geniş yayılan video təkcə “Facebook”da 13 milyondan çox izlənilib. Bir çox vətəndaş və hətta xarici liderlər videonu həqiqiqət kimi qəbul edib. Afrikadakı bir dövlət başçısı prezident Makrona zəng edərək “Cənab Prezident, ölkənizdə nələr baş verir? Çox narahatam”, – deyə soruşub.

Fransa administrasiyası videonun silinməsi üçün “Facebook”a müraciət etsə də, platforma “xidmət şərtlərini pozmamasını” əsas gətirərək tələbi rədd edib.

Fransa Prezidenti Emmanuel Makron video ilə bağlı açıqlamasında deyib ki, süni intellektlə hazırlanan belə videolar demokratiya üçün ciddi təhlükə yaradır. O, Fransa və Avropa Birliyi səviyyəsində sosial mediada dezinformasiyaya qarşı mübarizəni davam etdirəcəyini və rəqəmsal platformaların məsuliyyətini artırmaq lazım olduğunu bildirib.

Prezident həmçinin videonun kim tərəfindən hazırlandığını hələ müəyyən edə bilmədiklərini, bu səbəbdən həm ölkədə, həm də beynəlxalq aləmdə çaşqınlıq yarandığını qeyd edib.



Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar