ABŞ Prezidenti Donald Tramp ölkəsindən kənarda istehsal olunan bütün filmlərə 100%-lik vergi tətbiq edəcəyini vəd edib.
Bakupost.az xəbər verir ki, o, bu barədə bəyanatı "Truth Social" sosial şəbəkəsində paylaşıb.
Amerikalı liderin fikrincə, digər ölkələr sadəcə olaraq filmlərin yaradılması ideyasını ABŞ-dan “oğurlayıblar”. Həm də bunu çox asanlıqla ediblər. Buna görə də Trampın sözlərinə görə, “özünü geri qaytarmağın vaxtı çatıb”.
“Buna görə də uzun illər davam edən, heç vaxt bitməyən bu problemi həll etmək üçün ABŞ-dan kənarda istehsal olunan bütün filmlərə 100%-lik tarif tətbiq edəcəyəm. Bu məsələyə diqqətiniz üçün təşəkkür edirəm. Amerikanı yenidən möhtəşəm edəcəyik!” – deyə Tramp yazıb.