ABŞ prezidenti Donald Trampın Hörmüz boğazında neytral bölgələrdə qalan gəmiləri çıxartmaq üçün başlatdığı “Azadlıq əməliyyatı” dayandırılıb.
Bakupost.az xəbər verir ki, bu barədə “NBC News” adı açıqlanmayan iki ABŞ rəsmisinə istinadən məlumat yayıb.
Məlumata görə, əməliyyatın dayandırılmasının əsas səbəbi Səudiyyə Ərəbistanının öz ərazilərindəki bazalardan və hava məkanından ABŞ-nin istifadəsinə icazə verməməsi olub.
Rəsmilər bildiriblər ki, Trampın sosial mediada elan etdiyi əməliyyat Körfəz ölkələri üçün sürpriz olub.
Rəsmilər iddia ediblər ki, Səudiyyə Ərəbistanı hökuməti Vaşinqtona ABŞ ordusunun Şahzadə Sultan Hərbi Hava Bazasından uçuşlar həyata keçirməsinə və ya onun hava məkanından istifadə etməsinə icazə verməyəcəyi barədə məlumat verib.
Səlahiyyətlilər daha sonra iddia ediblər ki, Tramp və Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd bin Salman arasında keçirilən görüş heç bir nəticə verməyib və Tramp da əməliyyatı müvəqqəti olaraq dayandırmağa qərar verib.
Bilal, BakuPost