Ru
16:07 / 11 Mart 2026

“Tramp Hörmüzün adını dəyişə bilər” – İqtisadçı

“Tramp Hörmüzün adını dəyişə bilər” – İqtisadçı
Eye

“İran ətrafında münaqişə ayın sonuna qədər bitməlidir – martın sonu, aprelin əvvəli Tramp Çinə gedir, özünü qalib elan edib, gedəcək”.

Bakupost.az xəbər verir ki, bu sözləri “ReAl” partiyasının sədri, iqtisadçı Natiq Caəfərli açıqlamasında bildirib.

İqtisadçı bildirib ki, qalib elan etmək çətin deyil, amma əsas hədəf Hörmüz boğazına nəzarət etməkdir: “Çox güman, anlaşma məhz boğazla bağlı olacaq, adı bəlkə də, “Yaxın Şərqdə sülh naminə Tramp adına tanker yolu”, olacaq.

ABŞ dünyaya total nəzarət etməkdən vaz keçib, əsas hədəf Amerika yarımkürəsinə tam, dünyanın əsas logistik yollarına isə "bloklayıcı səs" prinsipi ilə nəzarət etmək stratigiyasıdır.

Taktikası zəif ola bilər, amma strateji hədəfləri çox praqmatikdir”.

N.Cəfərlinin sözlərinə görə, ABŞ-ın istəkləri iyrənc, addımları qanunsuz, digər ölkələr və xalqlar üçün qəbuledilməz ola bilər, amma sırf öz maraqlara uyğundur: “Dünyanın enerji və logistika xəriitəsinə hakim olmaq, elə dünyaya hakim olmaq deməkdir, 80 ildir bu ABŞ-a maddi olaraq çox baha gəlirdi, indi daha ucuz, amma hüquqi olaraq köntöy yolunu tapıb, bəli, yolunu, “yol” sözünün həm də hərfi mənasında...”.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar