ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanı "yaxşı liderlər" adlandırıb.
Bakupost.az xəbər verir ki, o, bu barədə paytaxt Vaşinqtonda çıxışı zamanı bildirib.
Ağ Evin rəhbəri bir sıra münaqişələrin tənzimlənməsindəki rolunu yenidən xatırladıb.
"Mən Kamboca-Tailand, Kosovo-Serbiya, Pakistan-Hindistan, İsrail-İran, Ermənistan-Azərbaycan şiddətli müharibələrini dayandırmışam", - deyə o bildirib.
Tramp Bakı və İrəvan arasında sülh prosesindəki irəliləyişdən danışarkən vurğulayıb:
"Həqiqətən, iki yaxşı lider. Onları uzun illər mübarizə aparıblar. Amma biz hər şeyi olduqca tez həll etdik".