Ru
21:44 / 05 Fevral 2026

Yanğın baş verən məktəb pelet sobası ilə İSİDİLİRMİŞ – RƏSMİ

Yanğın baş verən məktəb pelet sobası ilə İSİDİLİRMİŞ – RƏSMİ
Eye

Masallı rayonunun Xırmandalı kəndində yerləşən orta məktəbdə yanğın baş verib. Otaqların birində baş verən yanğın qısa müddətdə yayılmağa başlayıb. Şagird və müəllimlər məktəbdən təxliyə olunub. Aparılan təxirəsalınmaz tədbirlər nəticəsində alovun yayılmasının qarşısı alınıb.

Məlumata görə, yanğın direktorun otağından başlayıb. Yanğına səbəb isə elektrik xəttlərində baş verən qısaqapanma olub.

Qeyd edilib ki, məktəbdə otaqlar elektrik vasitələrindən istifadə olunaraq qızdırılır.

Maraqlıdır, Masallının Xırmandalı kənd məktəbində qaz infrastrukturu yoxdur?

Bakupost.az xəbər verir ki, Lənkəran-Astara Regional Təhsil İdarəsindən Bizim.Media-nın sorğusuna cavab olaraq məktəbin I–IV siniflərin yerləşdiyi korpusun mərkəzləşdirilmiş qaydada istiliklə təmin edildiyi bildirilib:

"Masallı rayonu Xıdır Məmmədov adına Xırmandalı kənd tam orta ümumtəhsil məktəbin I–IV siniflərin yerləşdiyi korpus mərkəzləşdirilmiş qaydada istiliklə təmin edilir. V–XI siniflərin tədris aldığı digər korpusun istilik təminatı pelet sobalar vasitəsilə edilir”.

Məlumatda bildirilir ki, Lənkəran-Astara Regional Təhsil İdarəsi tabeliyində olan təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, müasir avadanlıqlarla təmin olunması, yeni binaların tikilməsi və mövcud binaların təmir edilməsi idarənin əsas prioritetləri arasındadır:


“Xırmandalı kənd tam orta ümumtəhsil məktəbinin adı yeni binasının tikilməsi planlaşdırılan məktəblərin siyahısındadır və tikinti ilə bağlı layihələndirmə işləri aparılır. Təhsil müəssisələrinin təmiri və tikintisi növbəlilik və prioritetlik prinsipi əsasında həyata keçirilir”.


Qeyd edilib ki, Elm və Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsinin Lənkəran-Astara regionu üzrə işin təşkili şöbəsinin və müvafiq podratçı şirkətin əməkdaşları mütəmadi olaraq məktəblərə baxış keçirir və ocaqçıları pelet sobalarından düzgün istifadə ilə bağlı təlimatlandırırlar:

“2025-ci ildə 45 təhsil müəssisəsində mövcud istilik sistemləri qazla işləyən mərkəzləşdirilmiş istilik sistemləri ilə əvəz edilib, 320 istiliklə bağlı cari problem aradan qaldırılıb. Bu istiqamətdə tədbirlərin icrası hazırda da davam etdirilir”.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar