Ru
21:26 / 05 Fevral 2026

ABŞ-İran görüşü öncəsi Netanyahudan - TƏCİLİ İCLAS

ABŞ-İran görüşü öncəsi Netanyahudan - TƏCİLİ İCLAS
Eye

İsrailin Baş naziri Benyamin Netanyahunun rəhbərliyi ilə ölkənin Təhlükəsizlik Şurasının (TŞ) təcili iclası başlayıb.

Bakupost.az xəbər verir ki, iclasın keçirilməsi barədə məlumatı “The Times of Israel” nəşri yayıb.

Məlumata görə, TŞ-nin toplantısı ABŞ və İran nümayəndələrinin fevralın 6-da Omanda keçirilməsi planlaşdırılan nüvə danışıqlarından cəmi bir gün əvvələ təyin edilib.

Qəzet yazır ki, İsrail rəhbərliyi iclası əslində bazar günü keçirməyi planlaşdırsa da, Baş nazir Netanyahu Vaşinqton və Tehran arasında gözlənilən müzakirələrin strateji əhəmiyyətini və mümkün riskləri nəzərə alaraq toplantını bu günə keçirib.

Xatırladaq ki, fevralın 6-da Maskatda (Oman) baş tutacaq danışıqlar üçün Tehran tərəfi məkanın İstanbuldan Omana dəyişdirilməsi və görüşün ikitərəfli formatda keçirilməsi təşəbbüsü ilə çıxış etmişdi.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar