ABŞ Prezidenti Donald Tramp İsrail və İran arasında gərginliyin artması ilə bağlı sosial media hesabı vasitəsilə tərəflərə mühüm çağırış edib.
Bakupost.az xəbər verir ki, Tramp özünün "Truth Social" platformasında paylaşım edərək hər iki ölkəni hərbi əməliyyatları təcili şəkildə dayandırmağa səsləyib. Paylaşımında vəziyyətin ciddiliyini vurğulayan Tramp, İsrail və İranın atəşi dərhal dayandırmalı olduğunu qeyd edib.