Keçən dəfə məni "ata" adlandıranlar haqlı idilər. Bunu çox ağıllı bir adam dedi. O, NATO-ya rəhbərlik edir. Mən NATO-nu idarə etməyi sevirdim.
Bakupost.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Davosdakı çıxışı zamanı bildirib.
Xatırladaq ki, iyun ayında NATO-nun baş katibi Mark Rutte Trampı nəzərdə tutaraq zarafatla "ata bəzən kobud sözlər işlətməli olur" deyə, bildirib.
Tramp Davosdakı çıxışında dünyada sülhün təmin edilməsi və qorunması üçün soyuq və pis vəziyyətdə olan bir buz parçası (Qrenlandiya - red) istədiyini deyib.