Ru
23:24 / 02 Sentyabr 2025

Tramp ölüm xəbəri yayılandan sonra ilk dəfə ictimaiyyət qarşısına çıxdı - FOTO

Tramp ölüm xəbəri yayılandan sonra ilk dəfə ictimaiyyət qarşısına çıxdı - FOTO
Eye

ABŞ prezidenti Donald Tramp xəstə olması, hətta vəfat etməsi barədə xəbərlər yayılandan sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.

Bakupost.az xəbər verir ki, o, Ağ Evdə hökumət üzvləri ilə birlikdə Müdafiə Nazirliyi ilə bağlı elan olunmuş açıqlamasını verir.

Xarici agentliklərin yazdığına görə, Tramp jurnalistlər qarşısına nəzərdə tutulandan 53 dəqiqə sonra çıxıb.

O bildirib ki, ABŞ Kosmik Komandanlığının qərargahının Alabama ştatının Huntsville şəhərinə köçürüləcəyini və onun "Raket şəhəri" adlandırılacağını bildirib.

Eyni zamanda qeyd edib ki, Ukrayna münaqişəsi ilə bağlı tərəfləri yaxından izləyir və “çox maraqlı məlumatlar” öyrənib. ABŞ prezidenti yaxın günlərdə həmin məlumatları açıqlayacağını və müvafiq adddımlar atacağını qeyd edib.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar