Ru
11:26 / 23 Oktyabr 2025

Tramp Rusiyaya qarşı təzyiqə keçməyə məcbur oldu

Tramp Rusiyaya qarşı təzyiqə keçməyə məcbur oldu
Eye

Tramp hökuməti Rusiyaya qarşı ilk sanksiyalarını açıqladı.

Bakupostşaz xəbər verir ki, bu barədə siyasi-şərhçi Şahin Cəfərli deyib.

Onun sözlərinə görə, ABŞ Maliyyə Nazirliyi Rusiyanın 2 böyük enerji şirkəti - "Rosneft" və "Lukoil"a qarşı (34 törəmə şirkətləri ilə bərabər) total sanksiyaların tətbiqi barədə qərar qəbul edib.

"Bazarın bu qərara reaksiyası - neftin bahalaşması sanksiyanın ciddi olduğunu göstərir. Bayden dövründə, o da prezidentliyinin son həftələrində, cəmi 2 Rusiya şirkətinə - "Qazpromneft" və "Surqutnefteqaz"a qarşı bu tip sanksiya tətbiq olunmuşdu. Prezident Tramp öz növbəsində Putinlə planlaşdırılan görüşü ləğv edib. Bu görüşdən öz seçkiqabağı təbliğatında faydalanmaq istəyən Viktor Orban üçün pis xəbər oldu. ABŞ maliyyə naziri Bessent bildirib ki, Rusiya mövcud təmas xəttində atəşkəsə razılaşmasa, sanksiyalar genişləndiriləcək",- deyə Ş.Cəfərli qeyd edib.

Politoloq onu da qeyd edib kİ. daha bir vacib xəbər Rusiyanın 20 min ukraynalı uşağı oğurlaması səbəbi ilə terrorçu dövlət kimi tanınması haqqında qanun layihəsinin ABŞ Senatının Xarici Əlaqələr Komitəsində yekdilliklə qəbuludur:

"Putini sülhə gətirmək üçün 9 aylıq cəhdləri nəticə vermədikdən sonra Tramp Rusiyaya qarşı təzyiq siyasətinə keçməyə məcbur oldu. Bunu əslində ənənəvi siyasətə dönüş kimi qiymətləndirmək lazımdır.

Ayxan,BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar