Ru
07:17 / 06 Noyabr 2020

Tramp: “Seçkilərdə kütləvi pozuntulara yol verilib”

Tramp: “Seçkilərdə kütləvi pozuntulara yol verilib”
Eye

ABŞ prezidenti Donald Tramp ölkədə keçirilən prezident seçkilərində kütləvi pozuntuların olduğunu bəyan edib.


“BakuPost” xəbər verir ki, bu barədə ABŞ prezidenti Ağ Evinin saytında yayımlanan müraciətində deyib.

“Ölkə daxilində bir sıra narahatedici pozuntular baş verib. Bir çox mübahisəli ştatlarda Respublikaçı partiyasının nümayəndələrinə müşahidə aparmağa icazə verilməyib” - deyə o bildirib.

Bundan əvvəl ABŞ-ın hazırkı prezidenti Donald Trampın komandası Filadelfiyada səslərin sayılmasının dayandırılması tələbi ilə məhkəməyə müraciət edib. Buna səbəb orada Respublikaçı partiyasından müşahidəçilərin olmamasıdır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar