Ru
18:13 / 06 May 2026

Tramp: "Tehran razılaşmaya əməl etsə, Hörmüz boğazı hamı üçün açılacaq"

Tramp: "Tehran razılaşmaya əməl etsə, Hörmüz boğazı hamı üçün açılacaq"
Eye

"Vaşinqton və Tehran ortaq məxrəcə gələrsə, Birləşmiş Ştatlar "Epik qəzəb" hərbi əməliyyatını dayandıracaq və Hörmüz boğazının istifadəsini İran da daxil olmaqla bütün tərəflər üçün bərpa edəcək".


Bakupost.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp özünün "Truth Social" platformasındakı rəsmi profilində bəyan edib.

"Əgər İranın əldə etdiyimiz razılaşmaya əməl edəcəyini düşünürüksə, o zaman məşhur "Epik qəzəb" əməliyyatı yekunlaşacaq və blokada hər kəs üçün götürülərək", - deyə dövlət başçısı vurğulayıb.

Xatırladaq ki, bir müddət öncə Birləşmiş Ştatların dövlət katibi Marko Rubio ABŞ silahlı qüvvələrinin qarşıya qoyulan hədəflərə çatması səbəbindən "Epik qəzəb" əməliyyatının bitdiyini bildirmişdi. May ayının 1-də isə ABŞ Prezidenti Administrasiyası Konqres rəhbərliyinə Ağ Evin Tehranla hərbi münaqişəni bitmiş saydığı barədə rəsmi məlumat vermişdi. Lakin bu addımın ABŞ qoşunlarının ölkə hüdudlarından kənarda iştirak etdiyi münaqişələri tənzimləyən daxili qanunvericiliyin tələblərinə əməl etmək məqsədilə atıldığı güman olunur.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar