Ru
12:08 / 05 Fevral 2025

Tramp: Ukrayna ilə bağlı konstruktiv danışıqlar gedir

Tramp: Ukrayna ilə bağlı konstruktiv danışıqlar gedir
Eye


Vaşinqton Moskva və Kiyev ilə Ukrayna münaqişəsinin həlli üzrə konstruktiv danışıqlar aparır.

Bakupost.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bəyan edib.

O, İsrailin Baş naziri Binyamin Netanyahu ilə birgə mətbuat konfransı zamanı qeyd edib ki, Ukrayna ilə bağlı "çox yaxşı və çox konstruktiv danışıqlar" gedir. Onun sözlərinə görə, bu danışıqlar Rusiya və Ukrayna rəhbərliyi ilə aparılır.

Fevralın 5-də Tramp Nobel Sülh Mükafatına layiq olduğunu bəyan edib.

Elə həmin gün Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə birbaşa danışıqlara hazır olduğunu bildirib. Onun sözlərinə görə, əgər bu, “Ukraynada sülhə nail olmaq üçün yeganə konfiqurasiya olarsa” belə danışıqlara getməyə hazırdır.

Qeyd edək ki, fevralın 3-də Tramp Ukrayna münaqişəsinin həllində böyük irəliləyiş olduğunu bəyan edib.

Lalə, BakuPost

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar