Ru
13:19 / 03 Yanvar 2026

Tramp Venesuelaya zərbələr öncəsi təcili müşavirə keçirib

Tramp Venesuelaya zərbələr öncəsi təcili müşavirə keçirib
Eye

ABŞ Prezidenti Donald Tramp Venesuelaya qarşı planlaşdırılan hərbi zərbələr ərəfəsində Floridadakı Mar-a-Lago iqamətgahında milli təhlükəsizlik məsələlərinə dair müşavirə keçirib.

Bakupost.az xəbər verir ki, məlumat Ağ Evin yaydığı rəsmi qrafikdə əksini tapıb.

Cədvələ əsasən, yerli vaxtla cümə günü saat 17:30-da (Bakı vaxtı ilə şənbə günü 02:30) başlayan toplantı təxminən bir saat davam edib. Tədbir mətbuat üçün qapalı keçirilib.

"CBS News"un məlumatına görə, ABŞ əvvəlcə Venesuelaya hücumu dekabrın 25-də (Milad bayramında) həyata keçirməyi planlaşdırsa da, sonradan əməliyyat ertələnib.

Bildirilir ki, həmin vaxt əsas üstünlük Nigeriyada fəaliyyət göstərən İŞİD terror qruplaşmasının obyektlərinə endirilən hava zərbələrinə verilib.

Hazırda Venesuela istiqamətində hərbi addımlar yenidən ABŞ-nin diqqət mərkəzindədir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar