Ru
14:24 / 05 May 2026

Tramp: Zelenskini bəyənirəm

Tramp: Zelenskini bəyənirəm
Eye

ABŞ Prezidenti Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenski ilə bağlı diqqətçəkən açıqlama verib.

Bakupost.az xəbər verir ki, o, “Salem News Channel”a müsahibəsində Zelenskini “çətin insan” kimi xarakterizə etsə də, ona simpatiya bəslədiyini gizlətməyib.

Tramp bildirib ki, Ukraynadakı müharibə həm Ukrayna, həm də Rusiya üçün ağır itkilərlə müşayiət olunur:

“Biz nizamlanmaya nail olmaq istəyirik. Onlar ərazilər itirirlər, amma bu, həm Rusiya, həm də onların özləri üçün baha başa gəlir”.

ABŞ Prezidenti əlavə edib ki, Zelenski ilə münasibətləri ümumilikdə yaxşı olub, lakin 2025-ci il fevralın 28-də Ağ Evdə baş verən görüş zamanı gərginlik yaşanıb:

“Mən Zelenskini bəyənirəm. Həmişə onunla dil tapmışam. Sadəcə, Ağ Evdə, Oval kabinetdə baş verən həmin görüş bir qədər aqressiv oldu”.

Tramp ukraynalıların döyüş qabiliyyətini də yüksək qiymətləndirib:

“Onlar döyüşürlər. Texnikaların yaxşı olub-olmamasından asılı olmayaraq, döyüşməyi bacarırlar”.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar