Ru
10:12 / 06 May 2026

Trampın yeniyetmələrlə rəqsi gündəm oldu - VİDEO

Trampın yeniyetmələrlə rəqsi gündəm oldu  - VİDEO
Eye

ABŞ Prezidenti Donald Tramp Ağ Evin həyətində yeniyetmələrlə birlikdə rəqs edib.

Bakupost.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Kadrlarda Trampın Ağ Evin qazonunda gənclərə öz məşhur rəqs hərəkətlərini göstərdiyi görünür.


Yeniyetmələr ABŞ prezidentinin hərəkətlərini təkrarlamağa çalışıblar. Tramp isə onlara jestlərlə necə rəqs etməyi izah edib.

Görüntülər qısa müddətdə sosial şəbəkələrdə maraqla qarşılanıb və geniş müzakirələrə səbəb olub.

Qeyd edək ki, Donald Trampın mitinqlərdə və ictimai tədbirlərdə nümayiş etdirdiyi rəqs hərəkətləri daha əvvəl də dəfələrlə viral olmuşdu.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar