Ru
12:03 / 04 Oktyabr 2020

Türk baharı və erməni payızı

3910

Yazıçı-jurnalist Natiq Məmmədli

Ordumuzun möhtəşəm payız əkshücumu tək hərbi qalibiyyət deyil, eyni zamanda siyasi və mənəvi planda böyük dəyişikliklərin müjdəsidir. Artıq heç nə əvvəlki kimi olmayacaq.

1.Qarabağ kartı daxili siyasi mübarizə aləti olmaqdan çıxacaq. Azərbaycan əsgərinin şanlı payız zəfəri “erməni payızı”nı sürətləndirəcək. Paşinyanı öz xalqının qəzəbindən heç telefon zəngləri də xilas edə bilməyəcək.

2.Bir daha anladıq ki, həmrəyliyin məhz milli kimliyə arxalanan forması bizim üçün hər şeydən vacibdir. Başqa sözlə kiminsə xətrinə dəyər deyə adımızı danmamalıyıq, biz türkük və bunu düşmənlərimiz bizdən də yaxşı bilir.

3.Azərbaycan Respublikası tək hüquqi müstəvidə deyil döyüş meydanında da Xalq Cümhuriyyətinin varisi olduğunu bir daha sübut etdi. 100 il bundan əvvəl Novruz bayramı qabağı Cümhuriyyət ordusu uğurlu əməliyyat keçirib Qarabağdan daşnakları qovub çıxardı, bu gün Azərbaycan əsgəri babalarının şücaətini təkrarlayıb irsinə sahib çıxır.

4.Çox deyirdilər, nə üçün Qarabağ müharibəsindən sanballı əsərlər yazılmır? Unudurdular ki, mükəmməl əsərlər yalnız nöqtəsi qoyulmuş müharibələr haqqındadır. Otuz ildi bizi öz yarımçıq məngənəsində sıxan müharibəmiz indi qurtarır. Cəbhədə Azərbaycan əsgərinin qoyduğu nöqtədən sonra təzə sətirdən çox sözlər yazılacaq.

5.Azərbaycançılıq ideologiyasının prinsiplərinə və hədəflərinə yeni dövrün şərtləri daxilində həm də praktik zəka ilə təzədən baxmaq lazımdır. Milli kimlik, Cümhuriyyətçilik milli dövlətçilik ideologiyamızın ana prinsipini təşkil etməli və multikulturalizm dəyəri kimi geniş təbliğ olunmalıdır.

Bir sözlə, 2020-ci il TÜRK BAHARI və ERMƏNİ PAYIZI ili kimi yaddaşımıza yazıldı. Onun siyasi və mənəvi dərsləri haqqında hələ çox danışılacaq.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər