16:40 / 17 Sentyabr 2021

Türk Qızılay Cəmiyyəti Qarabağdakı uşaqlara yardım etdi - FOTO

443
Türk Qızılay Cəmiyyəti Azərbaycanın Qarabağ bölgəsindəki 9 məktəbdə ümumilikdə 2100 şagirdə məktəb ləvazimatları və geyim yardımı edib.

Bakupost.az xəbər verir ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə birlikdə həyata keçirilən fəaliyyət çərçivəsində Füzuli, Ağdam və Tərtər rayonlarındakı məktəblərdə təhsil alan şagirdlərə məktəb ləvazimatları və geyim paylanılıb.

Türk Qızılay Cəmiyyətinin İdarə Heyətinin üzvü Ercan Tan mətbuata açıqlamasında Türkiyənin müxtəlif bölgələrindən edilən yardımları azərbaycanlı qardaşlarına çatdırdıqlarını söyləyib.

Sentyabrın 22-də Azərbaycanda məktəblərin açılacağını və uşaqların Türkiyədən göndərilən geyim və məktəb ləvazimatları ilə sevinclə məktəbə gedəcəklərini bildirən E.Tan qardaşlığın belə günlərdə bəlli olduğunu vurğulayıb və “Xoşbəxt günlərində onların yanında olmaq istəyirik. Yardım göndərən bütün bacı və qardaşlarımıza təşəkkür edirik”, – deyib.

O, məktəb ləvazimatlarının qələm, dəftər və rəngli karandaşlardan, geyimlərin isə ayaqqabı, çəkmə, şalvar, sviter, corab və digər paltarlardan ibarət olduğunu sözlərinə əlavə edib.
Türk Qızılay Cəmiyyəti Qarabağdakı uşaqlara yardım etdi -  FOTO
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər