İctimai asayişin və millətimizin əmin-amanlığının pozulmasına, xalqın küçələrə çağırılmasına əsla icazə verməyəcəyik.
Bakupost.az xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial media hesabında etdiyi paylaşımda bildirib.
Yerlikaya məhkəmə qərarlarını yox saymağın və xalqı küçələrə çıxmağa təşviq etməyə çalışmanın qanuna açıq şəkildə meydan oxumaq olduğunu vurğulayıb:
"Heç kim qanunlardan üstün deyil. Dövlət qanuna zidd olan hər cəhdə qarşı qətiyyətlə tədbir görəcək. İctimai asayişin və millətimizin əmin-amanlığının pozulmasına, xalqın küçələrə çağırılmasına əsla icazə verməyəcəyik", – deyə nazir bildirib.
Qeyd edək ki, Türkiyənin müxalifətdəki Cümhuriyyət Xalq Partiyasının (CXP) İstanbul təşkilatının sədri və İdarə Heyətinin ehtiyat tədbiri olaraq vəzifələrindən uzaqlaşdırılması fonunda CXP partiya tərəfdarlarını etiraza səsləyib. İstanbul vilayət administrasiyası isə 6 rayonda mitinq və bütün kütləvi tədbirləri qadağan edib.