Türkiyədə Azərbaycandan gələn sərnişinləri belə qarşıladılar - VİDEO
805
Naxçıvanla nəqliyyat əlaqəsinin təmin olunması üçün “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) təşkil etdiyi Bakı-İğdır-Bakı marşrutu üzrə hərəkət edən sərnişin təyyarəsi ötən gün Türkiyənin İğdır şəhərinə eniş edib.
Bakupost.az xəbər verir ki, ilk mərhələdə üç təyyarə sözügedən şəhərə sərnişin daşımasını həyata keçirib.
İlk təyyarə ilə 72 sərnişin İğdır şəhərinə çatdırılıb. Onları hava limanında Azərbaycanın Qarsdakı Baş Konsulu Zamin Əliyev, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) vilayət üzrə sədri Ali Kamal Ayaz və digərləri qırmızı qərənfillərlə qarşılayıblar.
Daha sonra sərnişinlər onlar üçün təşkil edilmiş xüsusi avtobuslarla hava limanından Naxçıvana yola salınıb.