Ru
11:59 / 25 Fevral 2026

Azərbaycan Türkiyədəki bu statistikada 4-cü yerdədir

Azərbaycan Türkiyədəki bu statistikada 4-cü yerdədir
Eye

Türkiyənin Dövlət Statistika İdarəsi (TÜİK) 2025 ci il üzrə evlilik və boşanma statistikalarını açıqlayıb. Məlumata görə, ölkədə ümumilikdə 552 237 cütlük nikah bağlayıb. Bu 2024 ə nisbətən azalma deməkdir, boşanma halları isə artıb.

Bakupost.az xəbər verir ki, statistikanın diqqət çəkən hissəsi xarici vətəndaşlarla nikahlar olub. 2025 ci ildə 28 646 Türkiyə vətəndaşı əcnəbi qadınla ailə qurub. Bu ölkə üzrə nikahların təxminən 5,2%-ni təşkil edir.

Bu kateqoriyada statistik məlumatlarda Azərbaycandan olan qadınlar bu reytinqdə 4 cü yerdə qərarlaşaraq bütün xarici nikahların təxminən 6,8%-ni təşkil edib.

2025 də 1 630 rus qadın Türkiyə vətəndaşı ilə evlənib. Bu əcnəbi nikahların 5,7%-ni təşkil edir. Rusiya qadınları ilə nikah statistikada 5 ci yerdə qərarlaşıb.

Türkiyədə 2025 ci ildə qeyri təyyarə nikahların aparıcı hissəsi Suriya, Özbəkistan və Mərakeş vətəndaşlarının payına düşsə də, Azərbaycan vətəndaşlarının nikahları da statistik olaraq diqqətə layiq yer tutur.

Eyni statistikaya görə, əcnəbi kişilərlə nikah bağlayan Türkiyə qadınlarının sayı 5 347 nəfər olub. Bu statistikada ilk üçlükdə Suriya, Almaniya və Əfqanıstan yer alıb.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar