Ru
22:05 / 04 Mart 2021

Helikopter qəzasında türkiyəli general da həlak oldu - YENİLƏNİB

Helikopter qəzasında türkiyəli general da həlak oldu -  YENİLƏNİB
Eye

Türkiyədə hərbi helikopter qəzasında ölənlərin sarı 10 nəfərə yüksəlib.


Qəza zamanı ağır xəsarət almış daha bir əsgər dünyasını dəyişib.


Həlak olanlar arasında Türkiyə ordusunun səkkizinci korpusunun komandiri general Osman Erbaş da var.


Hadisə Türkiyə Quru Qoşunlarına məxsus "Cougar" tipli hərbi helikopter Bingöldən Tatvana uçuş həyata keçirən zaman baş verib.


Daha əvvəl bildirilirdi ki, qəza nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 9 hərbçisi həlak olub, 4-ü yaralanıb.


Faktla bağlı araşdırma aparılır.

***


Türkiyənin Bitlis vilayətinin Tatvan rayonunda hərbi helikopter qəzaya uğrayıb.


"BakuPost" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Hadisə nəticəsində 9 nəfər həlak olub, 4 nəfər xəsarət alıb. Əraziyə xilasedicilər və tibbi yardım briqadaları cəlb olunub. Qəzanın təfərrüatları məlum deyil.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar