Ru
15:26 / 07 Avqust 2020

Türkiyədə karantin rejimi yenidən sərtləşdirilir

2908
Türkiyənin bəzi bölgələrində epidemioloji vəziyyət yenidən gərginləşib. Bu səbəbdən 83 yaşayış məntəqəsində karantin tədbirləri yenidən sərtləşdirilir.

"BakuPost" Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında qeyd olunur ki, 32 şəhərdə, dörd qəsəbədə, 37 kənddə, 39 məhəllədə və üç yaşayış məntəqəsində (toplam 83 yaşayış məntəqəsi) karantin rejimi sərtləşdirilir.

Qeyd edək ki, indiyə qədər Türkiyədə 237 265 nəfərin COVID-19-a yoluxduğu aşkar edilib. 5 798 xəstə pandemiyanın qurbanı olub.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər