Ru
16:21 / 15 Noyabr 2025

Türkiyədə ölən turistlər qidadan zəhərlənib?

Türkiyədə ölən turistlər qidadan zəhərlənib?
Eye

İstanbulda Almaniyadan gəlmiş bir turist ailəsinin ölümünə qida zəhərlənməsi deyil, kənar müdaxilələr də səbəb ola bilər.

Bakupost.az xəbər verir ki, bununla bağlı "Sabah" qəzeti yerli hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Bildirilir ki, ilkin nəticələr zəhərlənmə ilə bağlı qəti diaqnozun olmadığını göstərir.

Bu da prokurorluğu təhqiqatı genişləndirməyə və ölüm hadisəsinə kənardan müdaxilənin mümkünlüyünü nəzərdən keçirməyə vadar edib.

Nəşrin məlumatına görə, istintaq zamanı ərazidəki küçədə yemək satan şəxslərin əksəriyyəti saxlanılıb.

Xəbərdə bildirilir ki, dörd nəfərdən ibarət ailə tətil üçün Türkiyəyə gedib və onlar küçədə satılan yeməklərdən dadıblar. Noyabrın 12-nə keçən gecə onlar özlərini pis hiss etməyə başlayıblar.

Qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya çatdırılan iki uşağın və onların analarının həyatını xilas etmək mümkün olmayıb. Ölən uşaqların ataları isə ağır vəziyyətdə reanimasiyadadır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar