Ru
15:06 / 25 İyul 2025

Türkiyədə yanğınlar kurort bölgələrinə çatdı – İnsanlar təxliyə edilir - VİDEO

Türkiyədə yanğınlar kurort bölgələrinə çatdı – İnsanlar təxliyə edilir - VİDEO
Eye

Türkiyə meşə yanğınları Antaliya, Aksu, Muratpaşa və Manavqat daxil olmaqla, bir çox ərazilərdə genişlənib. Qeyd olunan bölgələrdə yanğın qısa müddətdə yayılaraq yaşayış məntəqələrinə yaxınlaşıb.

Bakupost.az xəbər verir ki, hadisə barədə daxil olan məlumatlardan sonra bölgəyə 8 helikopter, 32 yanğınsöndürən maşın, 2 ağır texnika və 186 meşə işçisi, eyni zamanda TOMA texnikaları cəlb olunub. Alovların yaşayış evlərinə yaxınlaşması səbəbilə polis əməkdaşları tərəfindən səsli anonslarla əhalinin təxliyəsi həyata keçirilib.

Türkiyə Daxili İşlər naziri Ali Yerlikaya bildirib ki, son bir ay ərzində aparılan araşdırmalar nəticəsində 27 nəfər yanğın hadisələri ilə əlaqədar həbs olunub. O, həmçinin Bilecik və İzmir vilayətlərinin “Təbii fəlakət bölgəsi” elan edildiyini açıqlayıb.

Yanğınların təsir etdiyi 9 vilayətdə 311 yaşayış evi, 16 iş yeri və 50 tövlə ya tamamilə dağılıb, ya da ciddi zərər görüb.

Hazırda sözügedən bölgələrdə fövqəladə vəziyyət rejimi davam etdirilir və həm hava, həm də quru vasitəsilə alovun qarşısının alınması üçün əməliyyatlar aparılır.

Aysel,
BakuPost



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar