Ru
19:55 / 16 Yanvar 2026

Türkiyəli yutuber azyaşlı uşaqlarını öldürdü - FOTO

Türkiyəli yutuber azyaşlı uşaqlarını öldürdü - FOTO
Eye

Türkiyənin Adana vilayətində ailə faciəsi baş verib.

Bakupost.az Milli.az-a istinadla xəbər verir ki, Sarıçam rayonunda 34 yaşlı yutuber Sergen Altunbaş 8 yaşlı qızı Adanı və 6 yaşlı oğlu Merti silahla qətlə yetirdikdən sonra özünə qəsd edib.

Hadisə Sarıçam rayonunda baş verib. Məlumata görə, Altunbaş həyat yoldaşı ilə mübahisə etdikdən sonra qadın evi tərk edib. Bir müddət sonra o, uşaqlarını tapança ilə vurub, daha sonra silahı özünə tuşlayaraq atəş açıb.

Atəş səslərini eşidən qonşuların məlumatı əsasında hadisə yerinə polis və təcili tibbi yardım qrupları cəlb olunub. Evə daxil olan qruplar ata və iki azyaşlını qan içində tapıb. Tibbi müayinə zamanı Sergen Altunbaş, Ada Altunbaş və Mert Altunbaşın öldüyü təsdiqlənib.

Faktla bağlı polis tərəfindən araşdırma aparılır.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar