Ru
09:04 / 25 Sentyabr 2025

Türkiyənin məşhur qrupu fəaliyyətini dayandırdı -FOTO

Türkiyənin məşhur qrupu fəaliyyətini dayandırdı -FOTO
Eye

Türkiyənin məşhur alternativ rok qruplarından biri olan “Adamlar” gözlənilməz qərarla musiqi fəaliyyətlərini dayandırdığını açıqlayıb. Qrup bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Bakupost.az -ın xəbərinə görə, rəsmi açıqlamada bildirilir ki, kollektiv bütün konsertlərini və yaxın planlarını ləğv edib. Fasilənin müddəti barədə hər hansı açıqlama verilməyib.

Son illərdə Türkiyə və regionda geniş dinləyici auditoriyası qazanan “Adamlar”, “Zombi”, “Rüyalarda Buruşmuşuz”, "Koca, yaşlı, şişko dünya" və digər mahnıları ilə tanınırdı. Qrupun fəaliyyətini dayandırması pərəstişkarları arasında böyük təəssüf hissi yaradıb.

Qeyd edək ki, “Adamlar” qrupu ötən il Bakıda da konsert vermişdi.

Aysel,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar