Ru
08:28 / 25 Noyabr 2025

Üç gün əvvəl itkin düşən keçmiş hərbçinin meyiti zibillikdə tapıldı

Üç gün əvvəl itkin düşən keçmiş hərbçinin meyiti zibillikdə tapıldı
Eye

Bakıda 3 gün əvvəl itkin düşən 62 yaşlı Kutais Şəkər oğlu Xəlilov ölü vəziyyətdə tapılıb.

Bakupost.az xəbər verir ki, 1963-cü il təvəllüdlü Xəlilov Kutais Şəkər oğlu 21 noyabr 2025-ci il tarixdə səhər saatlarında yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.Ertəsi gün – 22 noyabrda günortaya qədər onun telefonuna zəng çatıb, lakin o, zənglərə cavab verməyib.

Ailə üzvlərinin verdiyi məlumata görə, itkin düşmüş şəxs bu gün Xətai rayonunun Əmircan qəsəbəsi ərazisində, zibillikdə ölü halda aşkarlanıb.

Qeyd edək ki, K.Xəlilov Birinci Qarabağ müharibəsinin iştirakçısı olub və uzun müddət hərbçi kimi xidmət edib. O, son olaraq Suraxanı Su Kanal İdarəsində çalışıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar