Ru
12:41 / 17 Sentyabr 2019

Ucar sakini 5 kq narkotiklə saxlanıldı - FOTO

1495

Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi,həmçinin kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində qətiyyətli tədbirlər davam etdirilir.


​Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan BakuPost-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Qaracalı kənd sakini 58 yaşlı Cəmil Mikayılov saxlanılıb.



Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilib, bu zaman oradan kultivasiya yolu ilə yetişdirilmiş 414 ədəd çətənə kolu və ümumi çəkisi 5 kiloqram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.



Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub.



Faktla bağlı araşdırma aparılır.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər