ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Rusiyanın Birbaşa İnvestisiyalar Fondunun rəhbəri, Prezident Vladimir Putinin xüsusi elçisi Kirill Dmitriyev bu gün Kremlə birgə daxil olublar.
Bakupost.az xəbər verir ki, bu barədə “İzvestiya” nəşri məlumat yayıb.
Bildirilib ki, Uitkoff və ABŞ Prezidentinin kürəkəni Cared Kuşner dekabrın 2-də Moskvaya gəlib. Onların Rusiya lideri Vladimir Putinlə görüşü günün ikinci yarısına təyin edilib.
Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya sülh danışıqlarına açıqdır, lakin “xüsusi hərbi əməliyyat” çərçivəsində müəyyən olunan hədəflərin yerinə yetirilməsi əsas şərt olaraq qalır:
“Prezident Putin Uitkoffla Vaşinqton və Kiyev arasında aparılan danışıqlarda yeni sülh planı üzrə əldə olunan ilkin anlaşmaları müzakirə edəcək”.
Xatırladaq ki, noyabrın 30-da Floridada ABŞ və Ukrayna nümayəndə heyətlərinin görüşü keçirilib. Görüşdə ərazi məsələləri, Ukraynanın NATO-ya mümkün üzvlüyü və Qərb ölkələri tərəfindən dondurulan Rusiya aktivlərinin taleyi müzakirə olunub.