Ukraynanın Çerkassı şəhərində naməlum şəxs McDonald's restoranına hücum edərək atəş açıb.
Bakupost.az xəbər verir ki, yerli media silahlı şəxsin tualetdə barrikada quraraq bir neçə dəfə atəş açdığını yazıb.
Təcili xidmətlər hadisə yerindədir. İşçilərin və müəssisəyə gələnlərin təxliyə edildiyi bildirilir.
Hücumun motivləri hələlik məlum deyil.