Ru
23:16 / 30 Sentyabr 2025

Ukrayna NATO-nun ilk müdafiə xəttidir - Rutte

Ukrayna NATO-nun ilk müdafiə xəttidir - Rutte
Eye

NATO-nun baş katibi Mark Rutte bildirib ki, Ukrayna Şimali Atlantika Alyansının ilk müdafiə xəttidir və buna görə də üzv dövlətlər onu dəstəkləməyə davam edirlər.

Bakupost.az xəbər verir ki, Ruttenin bəyanatı NATO-nun saytında dərc olunub .

Onun sözlərinə görə, alyans ukraynalılara kömək edir, çünki bu, blokun dəyərlərinə və kollektiv təhlükəsizliyə aiddir.

"Buna görə də onların mübarizəni davam etdirmələri çox vacibdir. Bu səbəbdən biz onları dəstəkləməyə davam edirik", - Rutte bildirib.

Baş katibin sözlərinə görə, NATO “dron divarı” yaratmalıdır: "Alyans cəmi bir neçə min dollara başa gələn pilotsuz uçuş aparatlarını məhv etmək üçün raketlərə milyonlarla avro və ya dollar xərcləyə bilməz".

Sentyabrın 30-da NATO-nun keçmiş baş katibi Yens Stoltenberq bildirib ki, Avropa Ukraynanın müdafiəsinə öz hesabına pul xərcləməlidir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar