Ru
14:43 / 13 Avqust 2025

Ukraynaya növbəti humanitar yardım göndərildi - VİDEO

Ukraynaya növbəti humanitar yardım göndərildi - VİDEO
Eye

Azərbaycan Respublikası tərəfindən Ukraynaya humanitar yardım məqsədilə nəzərdə tutulmuş elektrik avadanlıqlarından ibarət növbəti yükün ilk hissəsi bu gün Sumqayıt Texnologiyalar Parkının ərazisindən yola salınıb. Yardımın göndərilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci il 11 avqust tarixli Sərəncamına əsasən, Energetika Nazirliyi tərəfindən təmin edilir.

Bakupost.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Energetika Nazirliyinin mətbuat katibi Cahid Mikayılov bildirib.

O qeyd edib ki, humanitar yükün tərkibinə ümumilikdə 90 min metrə yaxın elektrik kabelləri və naqillər, həmçinin 25 ədəd generator və 7 dəst transformator daxildir.

Ukraynada davam edən müharibədən zərər görmüş bölgələrin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpasına dəstək məqsədilə göndərilən bu avadanlıqların ilk hissəsi - 10 yük avtomobilindən ibarət karvanla yola salınıb.

Bildirilib ki, Ukrayna tərəfinin müraciətləri əsasında təşkil edilən və ümumi dəyəri 2 milyon dollar olan sözügedən yardımın növbəti hissəsinin də yaxın günlərdə yola salınması planlaşdırılır.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar