Ru
17:49 / 10 Fevral 2026

“Ünbülnisə məni Şirbala ilə səhv saldı” – Seyidcahanın bacısı Kübra Əliyeva barədə sərt danışdı - VİDEO

“Ünbülnisə məni Şirbala ilə səhv saldı” – Seyidcahanın bacısı Kübra Əliyeva barədə sərt danışdı - VİDEO
Eye

Elza Seyidcahanın bacısı Rasimə Əməkdar artist Kübra Əliyeva haqda sərt fikirlər səsləndirib.

Bakupost.az xəbər verir ki, Rasimə bu barədə “Öz aramızda” verilişində danışıb.

O bildirib ki, Elgiz Əkbərin aparıcılıq etdiyi verilişdə Kübra Əliyeva gərəksiz yerə müğənni Canananın tərəfini saxlayıb:

“Elgiz bəyin verilişində Cananaya dedim ki, bir ağız oxu. Dedi ki, oxumayacam. Elə ki, mən bunu dedim, Kübra Əliyeva dedi, ay qızım, mən bir söz deyim, hansı müğənninin səhərlər səsi çıxır ki? Ona görə Cananaya hələ dəyməyin.

Sonra bilirsiniz nə etdi? Mən gördüm ki, sanki Ünbülnisə rolundan çıxmayıb. Elə bildi ki, mən Şirbalayam, o da Ünbülnisədir.

Mən bilmədim Kübra Əliyevaya nəyisə sübut edim, yoxsa Canananın səsinə qulaq asım. Allah İlyas Əfəndiyevə rəhmət eləsin, o yazıb, bunlar da oynayıblar. Çıxsın, monoloq oynasın da.

Sənin Canananı müdafiə etməkdə məqsədin nədir, niyyətin nədir?”.

Yasəmən



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar