Ru
09:33 / 31 İyul 2026

Ürəyiniz sizdən daha yaşlı ola bilər

Ürəyiniz sizdən daha yaşlı ola bilər
Eye

ABŞ-də aparılan yeni araşdırma bir çox insanın ürək yaşının bioloji yaşından yüksək olduğunu ortaya qoyub.

"Bakupost" Medicina.az-a istinadən xəbər verir ki, bəzi yetkinlərdə bu fərq 5-7 il, hətta daha çox ola bilər.

Araşdırmada 14 mindən çox insanın məlumatları təhlil edilib. Nəticələr göstərib ki, yüksək təzyiq, xolesterin, diabet, siqaret və fiziki passivlik ürəyin daha sürətli qocalmasına səbəb olan əsas amillərdəndir.
Kardioloqlar bildirirlər ki, ürəyin “yaşını” müəyyən etmək üçün xüsusi risk hesablayıcılarından istifadə etmək mümkündür. Bu göstərici insanın infarkt və insult riskini daha aydın qiymətləndirməyə kömək edir.

Mütəxəssislər ürək sağlamlığını qorumaq üçün sağlam qidalanma, müntəzəm fiziki aktivlik, siqaretdən uzaq durmaq və qan təzyiqinə nəzarət etməyi tövsiyə edirlər. Onların fikrincə, gündəlik həyat tərzində edilən dəyişikliklər ürəyin qocalma prosesini yavaşlada bilər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar