Ru
00:10 / 31 İyul 2026

İlon Maska bənzəyən aşpaz internet fenomeninə çevrildi - FOTO

İlon Maska bənzəyən aşpaz internet fenomeninə çevrildi -  FOTO
Eye

Çində barbekü üzrə ixtisaslaşmış aşpaz sosial şəbəkə istifadəçilərinin onun amerikalı sahibkar İlon Maska bənzədiyini fərq etməsindən sonra internetdə geniş populyarlıq qazanıb.

"Bakupost" xəbər verir ki, bu barədə "South China Morning Post" nəşri məlumat yayıb.

Məlumata görə, Şensi əyalətinin Tunçuan şəhərində yaşayan 48 yaşlı Ma Tszyanpin mütəmadi olaraq kulinariya bacarıqlarını nümayiş etdirdiyi restoranın müdiri və həmtəsisçisidir. Onun restoranda yemək hazırlayarkən çəkilmiş videosu "Douyin" sosial şəbəkəsində qısa müddətdə viral olub və 1.3 milyondan çox bəyənmə toplayıb.

İstifadəçilər təkcə iki şəxsin zahiri oxşarlığını deyil, həm də aşpazın "Ma" soyadının fonetik baxımdan "Mask" sözünü xatırlatdığını qeyd ediblər. Bundan başqa, sosial şəbəkələrdə süni intellekt vasitəsilə hazırlanmış memlər də yayılıb. Həmin görüntülərdə istifadəçilər Ma Tszyanpinin kostyumlu fotolarını montaj edərək onun İlon Maska bənzərliyini daha da vurğulayıblar.

Əvvəllər sakit olan restorana gələnlərin sayı bu populyarlıqdan sonra iki dəfə artsa da və bir çox müştəri onunla görüşmək, şəkil çəkdirmək üçün gəlsə də, Ma bundan maddi qazanc əldə etmək istəmədiyini bildirib. O, canlı yayımlar aparmaq və bloqerlik karyerasına başlamaqla bağlı təklifləri də qəbul etməyib. (Oxu.az)


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar