Ru
16:10 / 06 Oktyabr 2025

Uşaq meydançasında bədbəxt hadisə: Başına səkkiz tikiş qoyuldu - FOTO

Uşaq meydançasında bədbəxt hadisə: Başına səkkiz tikiş qoyuldu - FOTO
Eye

Bakıda Qara Qarayev metrostansiyasının yaxınlığındakı uşaq meydançasında bədbəxt hadisə baş verib.

Bakupost.az xəbər verir ki, azyaşlı sürüşkəndə oynayarkən baş nayihəsindən xəsarət alıb.

Bu barədə uşağın anası İradə Ağaquliyeva məlumat verib.

Onun sözlərinə görə, uşağın başı sürüşkənin üst hissəsindəki dəmirə dəyib və yarılıb. Hadisə yerində olan şəxslər qanaxmanı dayandırmağa çalışaraq dərhal təcili tibbi yardım çağırıblar. Uşaq xəstəxanaya yerləşdirilib və başına səkkiz tikiş qoyulub.

Lalə Novruz, BakuPost



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar