Ru
10:45 / 25 Mart 2026

Uşaq qidalarında fantastik bahalanma – 800 qramlıq yemək 120 manata olub – VİDEO

Uşaq qidalarında fantastik bahalanma – 800 qramlıq yemək 120 manata olub – VİDEO
Eye

Uşaq yeməklərində böyük bahalaşma var. Cəmi 400 və yaxud 800 qramlıq qidalar 90, 110, hətta 120 manata qalxıb. Həm də bu qidalar bir uşağa uzağı bir həftə bəs edir...

Bakupost.az Xezerxeber.az-a istinadən xəbər verir ki, paytaxt sakinlərinin sözlərinə görə uşaq qidalarının qiyməti ilə yanaşı, keyfiyyəti də önəmlidir.

Apteklərdən bildirildi ki, istər marketlərdə, istərsə də apteklərdə satılan uşaq qidalarının qiyməti qablaşmasına, keyfiyyətinə, tərkinbindəki konservat maddələrə görə dəyişir.

Qeyd edildi ki, karton qutudakı uşaq yeməyi dəmir qablaşdırmaya nisbətən ucuzdur. Ümumilikdə isə bazarda 100 manatdan baha uşaq qidası olduğu kimi, 10 manat civarındakına da rast gəlmək mümkündür.

Uşaq qidalarının rəsmi distribütorları ilə də əlaqə yaratdıq. Bildirildi ki, bu qidaların tərkibinə görə qiymətləri fərqlənir. Xüsusilə tərkibində keçi südü olan qidalar daha yüksək qiymətədir.

İqtisadçı Rəşad Həsənov bildirdi ki, uşaq qidaları sahəsində ölkə 100 faiz idxaldan asılıdır. Yerli istehsal yoxdur. Həmin qidalar istehsal edildiyi ölkələrdə də baha başa gəlir.

Bakupost.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.




Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar