Ru
18:34 / 23 Sentyabr 2021

ÜST Ədliyyə Nazirliyinə 300 min tibbi maska verdi

ÜST Ədliyyə Nazirliyinə 300 min tibbi maska verdi
Eye

COVID-19-la mübarizəyə dəstək məqsədilə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan Nümayəndəliyi 300 min tibbi maskanı Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə təhvil verib.

Bu barədə Bakupost.az -a nümayəndəlikdən məlumat verilib.

Bildirilib ki, bu yardım Almaniya hökumətinin ÜST vasitəsilə COVID-19 pandemiyasının təsirinə məruz qalmış ölkələr üçün ayırdığı 121 milyon maska tədarükünün tərkib hissəsidir.

Qeyd olunub ki, sözügedən tibbi ləvazimatdan 926 min ədəd tibbi maska Azərbaycana göndərilib.

ÜST-nin Azərbaycandakı nümayəndəsi Dr. Hande Harmancı, Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəisi, tibb xidməti generalı Dr Rəfail Mehdiyev iştirak edib və təhvil-təslim aktını imzalayıblar.

Qeyd edək ki, tibbi maskalar səhiyyə işçiləri və pandemiya dövründə mübarizənin ön cəbhəsində əhali ilə birbaşa təmasda olan şəxslərin istifadəsi üçün qeyri-hökumət təşkilatları da daxil olmaqla, yerli tərəfdaşlar arasında paylanacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar