Avropa Məhkəməsi bütün üzv dövlətləri başqa ölkələrdə rəsmiləşdirilmiş eynicinsli nikahları tanımağa məcbur edən qərar çıxarıb.
Bakupost.az “Reuters”ə istinadən xəbər verir ki, qərar Polşa vətəndaşı olan iki şəxsin işi üzrə qəbul edilib. Onlar 2018-ci ildə Berlin şəhərində nikaha daxil olublar və daha sonra Polşaya qayıdıblar.
Polşa rəsmiləri Almaniya tərəfindən verilmiş nikah şəhadətnaməsini tanımaqdan imtina edərək, sənədi ölkənin mülki vəziyyət aktları reyestrinə daxil etməyib. Avropa İttifaqı Məhkəməsi bu hökmü qanunsuz sayıb.
Qərarda qeyd olunur ki, Polşanın imtinası “yalnız azad hərəkət və yaşayış hüququnu deyil, həm də şəxsi və ailə həyatına hörmət hüququnu pozur”.
Eyni zamanda vurğulanır ki, Avropa Məhkəməsinin qərarı üzv dövlətləri milli qanunvericiliklərini dəyişməyə və eynicinsli nikahların ölkə daxilində rəsmiləşdirilməsinə icazə verməyə məcbur etmir. Qərar yalnız xaricdə bağlanmış nikahların tanınmasına aiddir.
Cavid, BakuPost