Əməkdar artist Vahid Əliyev vəfat edib.
Bakupost.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrından məlumat verilib.
Bildirilib ki, 73 yaşlı aktyor bu gün axşam saatlarında vəfat edib.
Xatırladaq ki, aktyor bir neçə il öncə infakt keçirmiş və daha sonra əməliyyat olunmuşdu.