Ru
13:00 / 11 Fevral 2021

Vahid əmək münasibətləri platforması - Yeni e-sistem

1986
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən yaxın vaxtlarda Əmək münasibətləri və məşğulluq altsisteminin (ƏMAS) tətbiqi nəzərdə tutulur.

Nazirlikdən "bakupost" a verilən məlumata görə, ƏMAS bütün işəgötürənlər və işçilər, habelə dövlət qurumları üçün vahid əmək münasibətləri platforması rolu oynayacaq.

Yeni sistem əmək müqaviləsinin elektron formada bağlanılması, rəqəmsal kadr uçotu sisteminin yaradılması, əməyin təşkili və mühafizəsində beynəlxalq standartların tətbiqi, əməyin ödənilməsində qanunvericiliyin tələblərinin gözlənilməsi və bu sahədə dövlət siyasətinin həyata keçirilməsinin dəstəklənməsinə xidmət edəcək. ƏMAS-ın tətbiqi ilə əmək və məşğulluq sahəsində kağız üzərində aparılan bütün əməliyyat və yazışmaların, işçilərlə əmək münasibətlərinə dair məlumatların, stat cədvəllərinin və s. elektronlaşması təmin olunacaq.

Altsistemin tərkibində risk əsaslı yoxlama, elektron audit və s. ilə bağlı modullar da yaradılacaq. Vakansiya bankının daha təkmil formalaşdırılması və xüsusi alqoritmlərlə işəgötürən üçün işçi, işçi üçün isə işəgötürən seçimi təşkil ediləcəkdir. Nəticə etibarilə ƏMAS işəgötürənlər (xüsusilə də kiçik və orta sahibkarlar) üçün əmək münasibətlərinin daha rahat şəkildə tənzimlənməsində mühüm önəm kəsb edəcək.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər