Ru
11:00 / 12 Avqust 2025

"Vaşinqton sazişi Rusiyanın iflasıdır" - Duqin

"Vaşinqton sazişi Rusiyanın iflasıdır" - Duqin
Eye

“Rus dünyası”nın əsas ideoloqlarından olan Aleksandr Duqin Vaşinqtonda Azərbaycan və Ermənistan arasında imzalanmış sazişi şərh edərək bu hadisəni “Rusiyanın Cənubi Qafqazdakı siyasətinin iflası” adlandırıb.

Bakupost.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

“Rusiya regiondakı nüfuzunu itirib, günahkarlar isə cəzasız qalır. Səhvləri qəbul edib böyük dövlət statusunu bərpa etmək vaxtıdır”, - deyə Duqin bildirib.

Onun sözlərinə görə, bu sənəd Rusiyanın gücsüzlüyünə işarədir:

“Bu saziş bizim gücsüzlüyümüzün sübutudur. Biz artıq postsovet məkanını belə nəzarətdə saxlaya bilmirik. Əgər burada bizə hörmət etmirlərsə, dünya səhnəsində kim bizimlə hesablaşacaq? Bu, sadəcə məğlubiyyət deyil, bu, hər bir rus üçün şillədir.

Paşinyanı və Əliyevi ittiham etməklə özümüzə haqq qazandıra bilmərik. Etiraf etməliyik ki, danışıqları yanlış adamlara həvalə etdiyimiz üçün məğlub olduq. Əgər bunu təhqir kimi qəbul etməsək, suveren sivilizasiya olmaqdan çıxacağıq. Günahkarlar cavab verməlidir”.

Lalə,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar