Ru
16:19 / 30 İyun 2026

Venesuelada möcüzəvi xilaslar: Körpəsini 3 gün bədəni ilə qorudu

Venesuelada möcüzəvi xilaslar: Körpəsini 3 gün bədəni ilə qorudu
Eye

Venesuelada iyunun 24-də baş verən 7,2 və 7,5 bal gücündə iki dağıdıcı zəlzələdən sonra möcüzəvi xilasetmələr davam edir.

Bakupost.az xarici mediaya istinadən xəbər verir ki, fəlakət nəticəsində azı 1450 nəfər ölüb, 3 mindən çox insan yaralanıb.70 minə yaxın insanın aqibəti bəlli deyil.
Zəlzələdən üç gün sonra bir ana və 9 aylıq körpəsi, daha əvvəl isə Dayana Patino və 18 günlük oğlu Xuan dağıntılar altından sağ çıxarılıb. Bildirilir ki, analar dağıntılar altında körpələrini bədənləri ilə qoruyublar. Karabalyeda şəhərində dörd gün sonra bir ata və 11 yaşlı oğlu, həmçinin Moises adlı daha bir uşaq sağ xilas edilib. La-Quayra ştatında isə 21 yaşlı Aaron Varqas 106 saat dağıntılar altında qaldıqdan sonra xilas olunub.

Röya Rizvanzadə,BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar