Ru
14:15 / 03 Yanvar 2026

Venesuelanın müdafiə naziri: “Təslim olmayacağıq” – VİDEO

Venesuelanın müdafiə naziri: “Təslim olmayacağıq” – VİDEO
Eye

ABŞ-ın hava zərbələri nəticəsində Venesuelanın müdafiə naziri Padrine Lopesin öldüyü barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bakupost.az Bizim.Media-ya istinadla xəbər verir ki, müdafiə naziri açıqlama verərək sağ olduğunu bildirib və təslim olmayacaqlarını bəyan edib.

“Biz danışıqlara getməyəcəyik, təslim olmayacağıq və sonda qalib gələcəyik”, – deyə o qeyd edib.

Xatırladaq ki, bu gün ABŞ Silahlı Qüvvələri Venesuela ərazisində əməliyyatlara başlayıb. Əməliyyat çərçivəsində bir sıra hərbi və strateji obyektlərə zərbə endirilib.


Bundan əlavə, ABŞ Prezidenti Donald Tramp Maduronun həyat yoldaşı ilə birlikdə ələ keçirilərək ölkədən çıxarıldığını elan edib.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar