Venesuelaya vitse-prezident Delsi Rodriqes rəhbərlik edəcək.
Bakupost.az xəbər verir ki, bu barədə Venesuela xarici işlər naziri İvan Gil-Pinto məlumat verib.
Qeyd edək ki, ABŞ Hərbi Hava Qüvvələri Venesuelanın paytaxtı Karakasa zərbələr endirib. Daha sonra ABŞ Prezidenti Donald Tramp ordusunun Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşını ələ keçirdiyini açıqlayıb.